Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Siqaret çəkmək qəti qadağandır” sözü dəyişdirildi

“Siqaret çəkmək qəti qadağandır” sözü dəyişdirildi

Baş nazir Artur Rasizadə “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişiklik edib.

“Qafqazunfo” xəbər verir ki, dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” prezidentin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə edilib.

Qaydaların “6.3.3. 3-cü sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin ikinci absasının ikinci cümləsində “siqaret” sözü “tütün” sözü ilə, üçüncü cümləsində “Siqaret çəkməməli” sözləri “Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilib.

6.3.4. 4-cü sinif” bölməsinin “Yüklərin müvəqqəti saxlanılması” hissəsinin üçüncü abzasında, “6.3.8. 8-ci sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin dördüncü abzasında, 16.1-ci bəndin dördüncü abzasında və 16.2-ci bəndin beşinci abzasında “siqaret” sözü “tütün” sözü ilə əvəz edilib.

3. 10.16-cı bəndin üçüncü cümləsində “Siqaret çəkmək qəti qadağandır” sözləri “Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …