Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Sosial / Şimşək çaxacaq, yağış yağacaq – Sabahın havası

Şimşək çaxacaq, yağış yağacaq – Sabahın havası

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qıraq qərb rayonlarında lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək. 

Həmçinin oxuyun

Bakıda şirkət müdiri barəsində protokol tərtib edildi – FOTO

Qaradağda zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən …