Ana səhifə / Sosial / Silah zavodundakı partlayış təxribat ola bilərmi? – Hərbi ekspertdən rəy

Silah zavodundakı partlayış təxribat ola bilərmi? – Hərbi ekspertdən rəy

Müdafiə Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayışla bağlı hərbi ekspert Üzeyir Cəfərov qaynarinfo.az-a açıqlama verib.

Ekspert bildirib ki, hadisənin texniki səbəblərdən baş verməsi versiyası daha inandırıcıdır:”Çünki Azərbaycanda Müdafiə Nazirliyinin hərbi zavodları yaxşı qorunur və indiyədək bu zavodlardan heç birində hər hansı bir təxribat baş verməyib”.

Ü.Cəfərov deyib ki, hadisənin daha çox səhlənkarlıq və ya texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verməsi inandırcıdır:”Çünki keçən il də bu zavodda yay vaxtı partlayış baş vermişdi. Ola bilsin, zavodda təklükəsizlik qaydalarına riayət olunmayıb. Bütün hallarda hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi açıqlamanı gözləmək lazımdır”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın