Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Şikayətçi: “Azərsu”nun adından gələn şəxs 380 manat istədi” – VİDEO

Şikayətçi: “Azərsu”nun adından gələn şəxs 380 manat istədi” – VİDEO

Bakıda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi tanıdıb obyektlərdən pul yığan şəxs peyda olub.

Hadisə 23 yanvar tarixində baş verib. Belə ki, özünü “Azərsu” ASC əməkdaşı kimi təqdim edən şəxs sayğacı yoxladıqdan sonra, daha sonra gələcəyini bildirərək əlaqə nömrəsi qoyub.

Baku TV həmin şəxsdən şikayət edən Aytən Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, həmin şəxs əgər müəyyən ödəniş etməsələr, sularını kəsəcəyini deyib.

“Sayğacımızı yoxlayıb, problem olduğunu dedi. Bizdən 80 manat alıb, nömrəsini bizə verdi, dedi ki, gəlib düzəldəcəyik” – deyə şikayətçi qeyd edib.

Həmin şəxs ərazidəki digər mağazalara da yaxınlaşıb.

Digər şikayətçi Fatma Şirinova bildirib ki, özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxs onlardan nə az, nə çox, 380 manat istəyib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …