Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Sığorta ilə bağlı sürücülərə mühüm xəbər – VİDEO

Sığorta ilə bağlı sürücülərə mühüm xəbər – VİDEO

Kiçik mühərrikli nəqliyyat vasitələri sürücülərinin sığorta ilə bağlı yaşadıqları çətinlik aradan qaldırılacaq.

Pravda.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bank tərəfindən sığortaedənlər qarşısında konkret öhdəlik qoyulub.

Bankın İdarə Heyətinin qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.

Mövzu ilə bağlı danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, yeni tələbə əsasən, sığorta şirkətləri öz internet səhifələlərində icbari sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.

Vüsal Bədəlov bildirib ki, faktiki olaraq aşağı mühərrikli nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini icbari sığorta etdirməkdə ciddi çətinliklərlə üzləşirdi:

“Bu qərarla artıq sığortaçılar belə nəqliyyat vasitəsini icbari sığorta etməkdən qaça bilməyəcəklər”.

Qeyd edək ki, kiçik mühərrikli nəqliyyat vasitələrinin icbari sığorta edilməsi problemi uzun müddətdir davam edir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …