Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Şeyxin açıqlamasında qeyd olunan “xarici qüvvələr” kimlərdir?

Şeyxin açıqlamasında qeyd olunan “xarici qüvvələr” kimlərdir?

Nardaran hadisələri barədə jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Nardaranda baş verən hadisələrin kökləri çox uzaqdan, xaricdən gəlir:

“Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazım deyil. Bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfində deyil”.

Bəs onun dediyi xarici qüvvələr kimlərdir və ya QMİ sədri kimlərə mesaj verib?

Məsələ ilə bağlı QMİ sədrinin müavini Qəmər Cavadlının da fikrini almaq istədik. Q.Cavadlı musavat.com-a bildirdi ki, Şeyxin nə demək istədiyini onun özü bilir:
“O, bu hadisələrlə bağlı nə söyləyibsə, mən də onu deyirəm. Onun fikirlərindən başqa deyəcəyim yoxdur”.

Şeyxin söylədikləri ilə bağlı musavat.com-a millət vəkili Fazil Musafa da öz fikirlərini bildirib. F.Mustafa söyləyib ki, Şeyx bu cür açıqlama verməlidir:
“Dövlətlərarası münasibətlər olduğu üçün əldə sübut yoxdursa, birbaşa burada İranın əlinin olduğunu söyləmək çətindir. Ancaq bir məqam da var ki, İranın müxtəlif deputatları, şəbəkəsi tərəfindən Nardaran hadisəsi müdafiə olundu. Bu isə özü göstərir ki, konkret olaraq İran dövlətini burada qeyd etməsək də, oradakı bir sıra qüvvələrin Azərbaycanın qarışdırılması siyasətinə dəstək verməsi ortadadır. Bu baxımdan da qeyd etdiyim kimi məsələdə Şeyx bu cür deməlidir. Elə dövlət rəsmiləri, biz özümüz də təqribən bu cür ifadələr işlədirik”.

F.Mustafa hadisələrdə Türkiyə faktorunun nə dərəcədə olmasına da toxunub:
“Türkiyədən hansısa dəstək olduğu düşüncəsində deyiləm. Çünki Türkiyədə xüsusi olaraq bu motivlə kiminsə dəstəklənməsinə ehtimal vermirəm. Siyasi xarakterli olsaydı o zaman nəsə söyləmək olardı. Burada sırf dini məqamdır. Ona görə də hadisələrin İranın bəzi qüvvələri ilə əlaqəsi şübhəsizdir. Sosial şəbəkələrdə də bu hadisələri dəstəkləyənlərin böyük əksəriyyəti öz profillərində əsasən İran ruhanilərinin təbliğatını aparırdılar. Bu da hadisələrin bir mərkəzdən idarə olunması şübhəsini meydana çıxarır”.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …

Bir cavab yazın