Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Seysmoloji Xidmət Mərkəzinin baş direktorundan SOS

Seysmoloji Xidmət Mərkəzinin baş direktorundan SOS

“Bakı sürüşmə zonasında yerləşir”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Seysmik Dayanıqlı Müasir Qurğular” adlı Beynəlxalq Konqresdə çıxışı zamanı deyib.

qurban_yetirmishli_110517.jpg (56 KB)

Qurban Yetirmişli Türkiyədə baş verən zəlzələyə diqqət çəkib: “Zəlzələlərin dağıntılarından qorunmaq üçün individual yanaşma tələb olunur. Türkiyədə baş verən zəlzələdə 51 minə yaxın insanın tələfatı dünya, o cümlədən bizim üçün dərs olmalıdır. Buna görə də inşa edilən binalar təhlükəsiz və zəlzələyə davamlı olmalıdır”.

Qurum rəhbərinin bu açıqlaması narahatlıq doğurur.

Bakıda əsasən hansı ərazilər təhlükəli sayılır, təcili olaraq hansı addımlar atılmalıdır?

Yeri gəlmişkən, bu gün növbəti dəfə Türkiyənin Adana vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 08:48-də Adananın Saimbəyli rayonunda maqnitudası 4,1, dərinliyi 7 kilometr olan zəlzələ baş verib.

nusret.jpg (35 KB)

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov məsələ ilə bağlı Musavat.com-a deyib ki, Bakının, ümumiyyətlə Abşeron yarımadasının 8-9 ballıq zəlzələ zonasına aid olması ilə yanaşı, amfiteatr hissəsi aktiv sürüşmə zonasına düşür: “Ölkədə qüvvədə olan tikinti norma və standartlarının, hazırda tamamlanmaq mərhələsində olan şəhər baş planının hazırlanmasında bu tələblər nəzərə alınıb. Lakin təəssüflə demək olar ki, hazırda istismarda olan köhnə iki və daha artıq çoxmənzilli yaşayış binalarının böyük hissəsinin istismar müddəti başa çatmaqla yanaşı, onların yenilənməsi prosesi gecikir. Bu binalar artıq fiziki və funksional baxımdan günün tələblərinə cavab vermirlər”.

Ekspert əlavə edib ki, müstəqillik illərində inşa edilən yaşayış və qeyri-yaşayış hündürmərtəbəli binalar tikinti normalarına cavab versələr də, bəzi hallarda tikinti standartları və şəhərsalma normaları gözlənilməyib: “İnkişaf etmiş ölkələrdə hündürmərtəbəli binalar 21-ci əsrin texnologiyaları ilə inşa edildiyi halda, biz hələlik bu sahədə geridə qalırıq. Dünyada və bölgədə müşahidə edilən təbiət və fors-major hadisələrinin intensivliyi və dağıdıcılıq gücü zaman-zaman artır. Hesab edirəm ki, ehtimal edilən hadisələrin qarşısının alınmasına biz də hazırlıq görməliyik”.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …