Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Seyid Camal Əzimbəyli avtomobil qəzasına düşüb – FOTOLAR

Seyid Camal Əzimbəyli avtomobil qəzasına düşüb – FOTOLAR

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli Cəlilabad rayonundan Bakıya qayıdarkən qorxunc avtomobil qəzasına düşüb.

Belə ki, işıqforda “Nissan” markalı avtomobilində həyat yoldaşı ilə birgə dayandığı zaman arxadan sürətlə yaxınlaşan avtomobil onların maşınına çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü narkotik maddələrin təsirində olub.

Publika.az-ın müxbiri ilə danışan C.Əzimbəyli bu qəzadan xəsarət almadan çıxmalarının böyük xoşbəxtlik olduğunu deyib. O, Cəlilabaddan xeyriyyə aksiyasından qayıtdıqlarını bildirib. C.Əzimbəyli avtomobilinə 3 min manatdan artıq ziyan dəydiyini deyib.

“Şükür Allaha ki, salamatlıqdır. Amma məni üzən o oldu ki, heç bir sənədi olmadan avtomobil idarə edən, habelə özündə olmayan bu şəxs Cəlilabadda “hacı” adı ilə tanınan birinin zəngi ilə heç bir məsuliyyətə cəlb olunmadan mühafizə olundu. Bəs bu insan sabah daha dəhşətli qəza törətdikdə necə olacaq?”, – o əlavə edib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …