Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Sevindik Hətəmovun prezidentə “içi dolu çanta” yalanı

Sevindik Hətəmovun prezidentə “içi dolu çanta” yalanı

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prezident İlham Əliyevə yalan danışıb.

AFN xəbər verir ki, bu barədə həmin rayondan olan tanınmış jurnalist Fərahim İlqaroğlu bildirib. Onun sözlərinə görə, rayonda səfərdə olan ölkə başçısı Salyan rayon 2 saylı tam orta məktəbin açılış mərasimində iştirak edib. S.Hətəmov isə prezidentə məlumat verərək deyib ki, icra hakimiyyəti bu il şagirdlərə içi məktəb ləvazimatları ilə dolu çanta verib. Lakin jurnalist qeyd edir ki, rayon sakinləri bu faktı təkzib ediblər: “Artıq 2-3 nəfər bu faktı təkzib edir. Hətta bir nəfər yazıb ki, tədbirdən sonra çantalar icra hakimiyyətinə məxsus maşınlara yüklənərək aparılıb. Çantaların çoxu da boş olub. Rayon mərkəzindəki bir topdansatış məntəqəsindən tədbirə görə müvəqqəti götürülüb. Açlışdan sonra aparıb qaytarıblar sahibinə”.

Xəbər gec saatlarda yayıldığı üçün məsələ ilə bağlı Salyan RİH-dən mövqe öyrənmək mümkün olmadı. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Paytaxtda koronavirusa ən az yoluxma bu rayonda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Koronavirusinfo.az saytı xəbər verir …