Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / “Sevgi evi” sığınacağı ilə bağlı ziddiyyətli məlumatlar

“Sevgi evi” sığınacağı ilə bağlı ziddiyyətli məlumatlar

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında video paylaşaraq, “Sevgi evi” Qadın və Uşaq Sığınacağında azyaşlıların işgəncələrə məruz qaldığını bildirib. “2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı. Uşaq ölür”, – deyə Kəmalə Ağazadə qeyd edib.

Bakupost.az-a açıqlamasında “Sevgi evi” Qadın və Uşaq Sığınacağının adını açıqlamayan işçisi deyib ki, heç bir işgəncə faktı olmayıb, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yalan məlumat verib.

Sığınacaqdan bildirilib ki, azyaşlının anası yayılan məlumatlarla bağlı suallara cavab verəcək: “Həmin uşaq bizim sığınacaqda anası ilə birlikdə qalır. Anası özü mətbuat konfransında bütün bunlara cavab verəcək. Kəmalə Ağazadənin paylaşdığı cəfəngiyyatdır. Hər şeyə mətbuat konfransında aydınlıq gətiriləcək. O zaman siz də görəcəksiniz ki, bu böhtandır”.

Boşanmaların artmasına səbəb erkən nikahlardır" - Lalə Mehralı | Reaksiya

 Lalə Mehralı

Sosioloq Lalə Mehralı “Yeni Müsavat”a bildirdi ki, uşağın gözündəki ifadə, sadəcə, qorxu deyil, dəhşət, faciə var o baxışda: “O uşağın əvvəlki fotolarını da görmüşəm, həyatsevər, gülərüzlü ifadə var üzündə. 2-3 yaşlı uşaq nə yaşaya bilər ki, gözündə elə dəhşətli ifadə olsun? Ümid edirəm ki, istisna hal kimi araşdırma çevik aparılar. Bu cür vəziyyətlərdə uşaqlardan istifadə edənlər az deyil. Sosial şəbəkələrdə dilənçiliklə məşğul olurlar. Geyimi, bezi, dərmanı və s. yoxdur deyərək, insanların mərhəmətindən sui-istifadə etməyə çalışırlar. Belə insanlar haqqında ölçü götürülməlidir”.

Pediatr Günay Rəsulova: "Vaksin uşağı riskli xəstəliklərdən, əlillikdən,  ölümdən qoruyan hazır immunitetdir" - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR  PORTALI

Günay Rəsulova 

Pediatr Günay Rəsulova hər hansı fiziki zorakılıq ehtimalı ilə bağlı durumu belə şərh etdi: “Görüntüyə baxdıqda uşağın daha çox psixoloji səbəblərlə bağlı bu vəziyyətə düşdüyünü ehtimal edirəm. Bəzi rəylərdə bu vəziyyətin peyvəndlə əlaqəli olduğunu qeyd edənləri gördüm. Bu, kökündən yanlışdır. Peyvəndin bu cür əks-təsiri olmur. Uşağı ətraflı müayinə etdikdən sonra fiziki göstəriciləri ilə bağlı detallı danışmaq olar”.

Psixoloq Aida Nebiyeva - Boşanma - YouTube

Aidə Nəbiyeva 

Psixoloq Aidə Nəbiyeva açıqlamasında qeyd etdi ki, videoda uşağın reaksiyalarının donması aydın görünür: “Əllərin arxaya doğru yığılması, gözlərinin dolması şiddətli qorxu keçirməsi ilə əlaqədardır. Bu halda yeyilən yemək heç bir fayda verə bilməz. Uşaq kifayət qədər travma alıb. Bu cür yanaşma nevroz, panik atak əlamətləri, erkən uşaqlıq travmaları kimi ciddi problemlər yarada bilər. Dövlət də mövzuya ciddi reaksiya verməlidir. Nəinki sığınacaqda, ailədə də uşaqlarla bu cür rəftar yolverilməzdir. Videodan görünür ki, uşağın əlləri əsir, bu, sinir sisteminin kifayət qədər zədələndiyinin göstəricisidir. Bu isə o deməkdir ki, uşağın terapiyaya və müalicəyə ehtiyacı var”.

Daxili İşlər Nazirliyi də iddia ilə bağlı açıqlama verib: “Məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır”.

Qeyd edək ki, bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bu sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxmışdı və hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılmışdı. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan azyaşlının müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərdə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

“Bunu necə hesablamısınız?” – İqtisadçıdan qiymət artmına ETİRAZ – VİDEO

TV Müsavat-ın canlı efirinin qonağı iqtisadçi ekspert Natiq Cəfərli olub. Natiq Cəfərli verilişdə qiymət artımından …