Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sergey Lavrov Azərbaycana görə ATƏT-in seçki institutunu tənqid etdi

Sergey Lavrov Azərbaycana görə ATƏT-in seçki institutunu tənqid etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana seçki missiyası göndərməkdən imtina etməsini tənqid edib.

Virtualaz.org saytı xəbər verir ki, Lavrov bu haqda ATƏT-in baş katibi Lamberto Zanyerlə keçirdiyi mətbuat konfransında danışıb.

“Dövlətin seçkilərə o cümldən ATƏT-dən müşahidəçilər çağırmaq öhdəliyi var və vacib deyil ki, ora məhz nə qədər müşahidəçi gedəcək. Bu, katibliyin günahı deyil, lakin mövcud struktur ardıcıl olaraq öz boşluğuna, qətiyyətsizliyinə görə sınaqlara çəkilir, azlıqda olanlar isə onun müstəqil təşkilata çevrilməsini istəmirlər. Onu elə vəziyyətdə saxlamaq istəyirlər ki, manipulyasiya etmək asan olsun”-Lavrov deyib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın