Cümə , Oktyabr 7 2022
Ana səhifə / Sosial / “Semaşko”nun 6 şöbəsi COVID-19-a görə bağlanıb

“Semaşko”nun 6 şöbəsi COVID-19-a görə bağlanıb

1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb.

KTM-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyətə göstərir:

“Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb.

Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələrə və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatları yerinə yetirirlir”.

Həmçinin oxuyun

Səbuhi Əhmədovun qardaşına 11 min manat təyin olunub – RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin …