Ana səhifə / Sosial / Seçkilərə gedən qohum namizədlər – Ər-arvad, əmi-qardaşoğlu, qardaşlar..

Seçkilərə gedən qohum namizədlər – Ər-arvad, əmi-qardaşoğlu, qardaşlar..

Noyabrın 1-də Milli Məclisə keçiriləcək növbəti seçkilərdə iştirak etmək üçün bir-birinə qohum-qardaş olanlar, bir ailənin üzvləri də deputatlığa namizədliklərini irəli sürüblər. Müxtəlif dairələrdən mandat qazanmaq istəyən qohumlardan çoxunun artıq deputatlığa namizədliyi də rəsmən qeydə alınıb.

Ümid Partiyası sədrinin müavini Ramin Hacılı və xanımı Aysel Əlizadə parlament seçkilərində qalib gəlməyə iddialıdırlar. Belə ki, Ümid Partiyası tərəfindən deputatlığa namizədlikləri irəli sürülmüş cütlük seçki marafonunda ayrı-ayrı dairələrdə təşviqat aparacaqlar.

Aysel Əlizadənin namizədliyi 8 saylı Binəqədi seçki dairəsindən, Ramin Hacılının namizədliyi isə 19 saylı Nərimanov seçki dairəsindən qeydə alınıb.

Qohum namizədlərin siyahısı bununla bitmir. Namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş sabiq daxili işlər naziri İsgəndər Həmidova qardaşı oğlu, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə “opponentlik” edəcək.

İsgəndər Həmidovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər seçki dairəsindən qeydə alınıb.

Şəhriyar Məcidzadə isə 95 saylı Tərtər seçki dairəsinin deputatlığa namizədidir.

Parlament seçkilərində iştirak edəcək qardaşlar da var.

“Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Vidadi İsgəndərov 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmək istəyir.

Onun qardaşı da parlamentdə Göyçayı təmsil etmək niyyətindədir. Vidadi İsgəndərovun yuxarıda adıçəkilən təşkilatının sədr müavini Oktay İsgəndərli 88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəddir.

Müsavat Partiyasının başqanı Arif Hacılının namizədliyi 33 saylı Xətai birinci seçki dairəsindən qeydiyyata alınsa da, onun qardaşı Mustafa Hacıbəylinin məsələsi hələ tam olaraq müəyyənləşməyib.

Bildirək ki, Müsavat Partiyası tərəfindən Mustafa Hacıbəyli 31 saylı Surxanı ikinci seçki dairəsindən deputatlığa namizəd irəli sürülüb. Lakin onun namizədliyi hələ ki, qeydə alınmayıb./modern.az/
Aysel Əlizadə, Ramin Hacılı

aysel
İsgəndər Həmidov, Şəhriyar Məcidzadə

isk
Vidadi İsgəndərli

vidadi

Arif Hacılı, Mustafa Hacıbəyli

mustafa

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın