Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / “Seçkidə icazəsiz iştirak etmiş 3 YAP-çı öz səhvlərini etiraf etdilər”

“Seçkidə icazəsiz iştirak etmiş 3 YAP-çı öz səhvlərini etiraf etdilər”

Yeni Azərbaycan Partiyası (YAP) V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə partiyanın icazəsi olmadan iştirak etmiş üzvləri ilə bağlı qərarını verib.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov trend.az-a deyib ki, belə üzvlərin sayı 53 nəfər idi:
“Onlardan 50-si müəyyən söhbətlər aparılandan sonra namizədliklərini geri götürdülər. 3 nəfər isə seçkilərdə iştirak etdi. Sonradan həmin üzvlərlə təmsil olunduqları rayon təşkilatları tərəfindən söhbət aparıldı və onlar da öz səhvlərini etiraf etdilər”.
S.Novruzovun sözlərinə görə, rayon təşkilatları tərəfindən həmin üzvlərə ciddi xəbərdarlıq olundu ki, bu cür hallar təkrarlanmasın və bununla da məsələ yekunlaşdı.
afn.az

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …

Bir cavab yazın