Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Seçicilərin deputatdan “Zaur, Elgiz, Xoşqədəm xahişi”

Seçicilərin deputatdan “Zaur, Elgiz, Xoşqədəm xahişi”

“Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar”.

Virtualaz.org saytı xəbər verir ki, bu fikirləri öz facebook səhifəsində deputat Fazil Mustafa yazıb. O, vətəndaşlarla görüşdə belə xahişlərlə çox rastlaşdığını yazıb.

Deputat fikirlərinə bunları əlavə edib: “Hər dəfə vətəndaşları qəbul edərkən qəribə bir xahişlə rastlaşıram. Sayını itirmişəm, hər halda 50-ni ötər. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar. Deyirəm müraciət edin, yəqin ki, verilişə alarlar.

Mənim bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim yoxdur. Deyirlər orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcək.

Deməli, əhlinin bir qismi də televiziyaların qabağında növbəyə durubmuş. Yadıma Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətni düşdü. Deyirdi ki: “İnsanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün dövlətin qapısına deyil, ədalətin qapısına üz tutmalıdır”.

Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın