Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Sosial / Saxta polkovnik daha bir türk məmuru aldadıb – VİDEO

Saxta polkovnik daha bir türk məmuru aldadıb – VİDEO

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.

“Qafqazinfo”nun məlumatına görə, özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı üzə çıxıb.
Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.

Bu arada DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Rasimin əməlləri ilə bağlı maraqlı şərhi ilə diqqət çəkib.
“Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.

Həmçinin oxuyun

Yoluxma sayı 2000-ə çatır: Bizi hansı “sürprizlər“ gözləyir? – Açıqlama

Koronavirusa yoluxanların sayında yeni artım yüksələn xətdədir. Ötən gün bu rəqəm 1600-dən çox olub. Belə …