Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Saxta kərə yağını necə tanıyaq? – ŞƏRH

Saxta kərə yağını necə tanıyaq? – ŞƏRH

Bir neçə gün öncə AQTA əməkdaşları Bakı şəhərindəki marketlər şəbəkəsində 12 ton 575 kiloqram “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağı aşkarladılar. Məhsulun satışı dayandırılıb, məhsul partiyası dövriyyədən çıxarılsa da, məsələ geniş müzakirə olundu. 

Çünki saxta məhsulun aşkarlanması faktı nə ilk, nə də sonuncu idi. Hələlik yoxlama aparılmayan paytaxtdakı onlarla marketdə və ya digər ticarət obyektlərində saxta məhsulların olması ehtimalının olması insanları təşvişə saldı. Çünki çox az insan təbii kərə yağı ilə saxta versiyanı ayırd edə bilir. 

“Yeni Sabah” məsələ ilə bağlı qida mütəxəssisi İsa Əliyevlə əlaqə saxlayıb. 

Ekspert bildirdi ki, hazırda 13-14 manatdan aşağı satılan yağların heç biri kərə yağı deyil:

“AQTA-nın bu kimi reydlərini biz qida mühəndisləri və qida ekspertləri də alqışla qarşılayırıq. Xüsusən qida məhsulları içərisində yağlarda olan hiylə çox geniş şəkildə vüsət alıb. Bununla bağlı qida ekspertləri olaraq dəfələrlə həyəcan təbili çalmışıq. Belə ki, əvvəllər ən çox edilən hiylə bitki yağları olan spred yağlarının ( marqarin yağları) kərə yağı adı altında satılması idi. Bunlar arasında fərq kərə yağının heyvanın südündən hazırlanması, spred yağların isə bitki tərkibli olmasıdır. Marqarində eyni zamanda başqa emilqatorlar, su, duz və s.dən istifadə olunur. Kərə yağı isə tamamilə heyvan südündən əmələ gəlib, 80-82% i sırf yağdır, qalanı isə su və süddə olan proteinlərdir. Kərə yağı insan üçün daha faydalıdır, çünki onda doymamış yağlar daha çoxdur, marqarində isə doymuş yağlar çoxdur. Kərə yağları insan səhhəti üçün daha xeyirlidir. Bilirsiniz ki, bu gün ürək damar xəstəliklərinin əsas səbəbi piylənmə, damarların yağlarla tıxanmasıdır. Burada ən böyük rolu da yediyimiz yağlar oynayır”.

Qida mütəxəssisi saxta kərə yağlarının hazırlanması proseduru haqqında da məlumat verib: 

“İndi işbazlar daha fərqi üsullara, hiylələrə əl atırlar. Bu hiylələrdən birisi belədir: deyək ki, süd sexə gəldi, maşının içərisində südlə yağı ayırırlar və onun içərisinə bitki yağı əlavə edirlər. Həmin südü qarışdırırlar. Sonra həmin bitki yağını süddən ayırırlar. Artıq südün aroması və dadı yağa keçmiş olur və bunu kərə yağı adı altında insanlara satırlar. İnsanlar da bunu fərqləndirməyə çətinlik çəkirlər. Bu gün bazarlarda 4-5 manata kərə yağı adı altında məhsullar satılır. Bunların heç biri kərə yağı ola bilməz. Təbii kərə yağının qiymətinin 13-14 manat arasından aşağı olması mümkünsüzdür. Hazırda bazarda qiymət siyasəti bu cür qurulub. İnsanlarda təəssüf olsunlar ki, ekonom seqmentə getdikləri üçün belə ucuz yağlar alırlar. Amma bu ucuz yağlar daha sonra sağlamlıqda müəyyən problemlərə səbəb olur. Sabah həmin pulu apteklərdən dərmanlar almağa xərcləyəcəklər”.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …