Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Saxta içkilərlə bağlı xəbərdarlıq: “Ölümcül təsir göstərir”

Saxta içkilərlə bağlı xəbərdarlıq: “Ölümcül təsir göstərir”

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kustar üsulla hazırlanmış “Chivas Regal12” əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı məlumat yayıb.

AQTA-dan bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin, müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

“Bu fakt, əslində, hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olundu.

Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.

Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara – Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır.

Eyni zamanda, hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”, – məlumatda qeyd olunub.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …