Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / “Savadlı gənclər kənarda qalırdı, kimlərsə hansısa yollarla…” – Yeni qərar neqativ hallara son qoyacaq?

“Savadlı gənclər kənarda qalırdı, kimlərsə hansısa yollarla…” – Yeni qərar neqativ hallara son qoyacaq?

Xəbər verdiyimiz kimi, bu ilin oktyabrında “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” qaydalarında dəyişikliklər edilib. Belə ki, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub. Həmçinin xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək.

Dəyişikliklə bağlı “Yeni Sabah”a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu addımın yaxın gələcəkdə təhsilə müsbət təsirlərini müşahidə edəcəyik.

“Qeyd edim ki, gənclərin elmə gəlməsi üçün magistratura və doktorantura pillələrində dəyişikliklərə ehtiyac var idi. Təəssüflər olsun ki, gənclər magistraturanı bitirəndən sonra doktorantura pilləsinə imtahan verdikdə ciddi maneələr ilə üzləşiblər. Bəzi ali təhsil müəssisələri, akademiyanın institutları neqativ hallara yol veriblər. Savadlı gənclər kənarda qalırdı, kimlərsə hansısa yollarla doktoranturaya qəbul olunurdular. Gənclərin kütləvi şəkildə daha savadlı, hazırlıqlı gənclərin doktoranturaya qəbulunu daha asan etmək üçün belə bir yol tutulub. Artıq bu pilləyə imtahan verən şəxslər DİM-in keçirdiyi şəffaf imtahanlar sayəsində asanlıqla qəbul oluna biləcəklər. Çünki indiyə kimi xarici dili mükəmməl bilən şəxslər doktoranturadan kənarda qalırdılar. Səbəb isə  doktoranturaya qəbulu keçirən qurumların onları ixtisasdan kəsməsi idi. Amma indi elmi mərkəzlərin institutları özlərinin adamlarıın əgər savadları yoxdursa, xarici dildən imtahan verə bilməyəcəklər. Digər tərəfdən bu gün Azərbaycan alimlərinin beynəlxalq jurnallarda az sayda məqalələri nəşr olunur. Çünki onlar xarici dili yaxşı bilmirlər. Bu gün bizim xarici ölkələrdə təmsilimizdə müəyyən problemlər müşahidə edirik. Amma bu yolla, yəni DİM tərəfindən bu imtahanların keçirilməsi onların xarici dil haqqında biliklərinin artmasına səbəb olacaq. Ona görə də imtahan mərhələsinin, xüsusən xarici dilin DİM-ə verilməsini olduqca müsbət hal kimi qiymətləndirirəm və hesab edirəm ki, bu doktorantura pilləsinə və təhsilə müsbət təsirlərinin yaxın gələcəkdə görəcəyik”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …