Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sarkisyan Peterburqa, Roma papası İrəvana…

Sarkisyan Peterburqa, Roma papası İrəvana…

Elşən Həsənov: “Səfərin başlıca məqsədi Ermənistanın Avropaya doğru gözünün açılması xarakterini daşıyır”
“Papaların missiyasında hər zaman anti-Rusiya mövqeyi olub”

Roma papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək. Səfər çərçivəsində Roma papasının Ermənistan prezidenti Serj Sarkisyan və digər rəsmi şəxslərlə, habelə diplomatik korpus nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Papa bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək. Səfər proqramında “erməni soyqırımı qurbanları”nın xatirə kompleksini ziyarət də var. II Qaregin və papanın birgə bəyannamə imzalayacağı gözlənir.Səfər iyunun 26-da başa çatacaq.
Roma papasının bu səfərinin başlıca məqsədi nə ilə bağlı ola bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Roma papasının iyunun sonunda Ermənistana səfər etməsində qeyri-adi nəsə yoxdur:

“Ermənilərlə Roma papasının din birliyi var. Amma bu heç də o demək deyil ki, Roma papası sırf həmin amilə görə Ermənistana gedir. Adətən Roma papası Qafqaza səfər edəndə onun səfəri balanslı olurdu. Yəni Ermənistan və Azərbaycana ar-arda ziyarət edilirdi. Bu dəfə Ermənistanla kifayətlənəcəyi gözlənir. Adətən bu missiyanın daşıyıcıları sülh məqsədli səfər edir. Etdikləri dualarda müharibəni lənətləyirlər. Papa bilir ki, səfər etdiyi Ermənistan hazırda qaynar hadisələrin episentrindədir. Amma səfər proqramında qondarma “soyqırım abidəsi”nin ziyarət olunmasının da yer alması heç cür anlaşılmır və papanın missiyası ilə ziddiyyət təşkil edir. Papa belə əməli edəcəksə, onda ciddi narazılılqa qarşılanacaq.
Səfərin başlıca məqsədi Ermənistanın Avropaya doğru gözünün açılması xarakterini daşıyır. Papaların missiyasında hər zaman anti-Rusiya mövqeyi olub. Hazırda da katolik olan ermənilər faktiki olaraq rusiyanın vassalına çevrilib ki, bu da Vatikana xeyir etmir. Vatikan bu sayaq ölkələri özlərinə yaxın orbitdə görmək istəyir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın