Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Sarkisyan Moskvaya ikigünlük səfər edəcək – Putinlə görüş və Qarabağ müzakirəsi

Sarkisyan Moskvaya ikigünlük səfər edəcək – Putinlə görüş və Qarabağ müzakirəsi

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfər edəcək.
“İzvestiya”nın verdiyi xəbərə görə, səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacaq.
Danışıqların yekunlarına dair bir neçə investisiya sazişlərinin imzalanması gözlənilir.
Sarkisyan-Putin görüşünün Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutacağı bildirilir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın