Bazar , Avqust 18 2019
Ana səhifə / Sosial / Sar­kis­ya­nın “biz uğur­suz­lu­ğa dü­çar ol­mu­şuq” eti­ra­fı­nın ar­xa­sın­da nə var?

Sar­kis­ya­nın “biz uğur­suz­lu­ğa dü­çar ol­mu­şuq” eti­ra­fı­nın ar­xa­sın­da nə var?

“Əs­lin­də, Sar­kis­yan bu cür fi­kir­lə­ri səs­lən­dir­mək­lə Ru­si­ya­ya ça­ğı­rış edir ki, on­dan əl çək­sin­lər”

Ra­miz Ta­ğı­yev: “Sar­kis­yan bi­lir ki, Ru­si­ya­nın ica­zə­si ol­ma­dan bu çı­xıl­maz du­rum­dan ya­xa qur­ta­ra bil­məz”

Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan par­la­ment seç­ki­lə­ri ön­cə­si ma­raq­lı eti­raf­la çı­xış edib. O, əha­li­ni par­la­ment res­pub­li­ka­sı­na ke­çi­di dəs­tək­lə­mə­yə ça­ğı­ra­raq, bu­nun öl­kə­nin gə­lə­cə­yi üçün la­zım ol­du­ğu­nu bil­di­rib.
“Bi­zim xa­ri­ci mü­hi­ti­miz mü­rək­kəb­dir. Tez-tez föv­qə­la­də ha­di­sə­lər baş ve­rir. La­kin bu o de­mək de­yil ki, biz bü­tün bun­lar­la ba­rış­ma­lı və heç nə et­mə­dən göz­lə­mə­li­yik. Mən də­fə­lər­lə de­mi­şəm ki, Qa­ra­bağ mə­sə­lə­si həll olun­ma­yıb və biz uğur­suz­lu­ğa məh­kum ol­mu­şuq. Tür­ki­yə ilə sər­həd bağ­lı­dır və blo­ka­da ləğv olun­ma­yıb. Biz mil­li təh­lü­kə­siz­li­yi­mi­zə diq­qət et­mə­li­yik. Han­sı ki, pis ida­rə­çi­lik bi­la­va­si­tə mil­li təh­lü­kə­siz­li­yə və öl­kə­nin mü­da­fiə qa­bi­liy­yə­ti­nə tə­sir edir. Biz məhz bu­na gö­rə konsti­tu­si­ya is­la­ha­tı­na get­dik”, – de­yə o bil­di­rib.
Sar­kis­yan bu uğur­suz­luq eti­ra­fı ilə nə­yə işa­rə edir?
Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin bu fa­za­da ili­şib qal­ma­sı­nın ən bö­yük zi­ya­nı Er­mə­nis­ta­na də­yib:

“Sar­kis­yan bu eti­ra­fın­da tam sə­mi­mi­dir. Fak­ti­ki ola­raq nə baş ve­rib? Er­mə­nis­tan öz ha­va­dar­la­rı­nın kö­mə­yi­lə mü­əy­yən bir əra­zi­ni iş­ğal edib. Azər­bay­can bu­nun­la ba­rış­mır və Er­mə­nis­ta­na heç bir gü­zəş­tə get­mir. Er­mə­nis­ta­nın özü də kompro­mis­lə bağ­lı müs­tə­qil ad­dım ata bil­mir. Tür­ki­yə də məhz bu sə­bəb­dən onun­la ara­sın­da olan sər­həd­lə­ri bağ­la­yıb. Fak­ti­ki ola­raq öl­kə blo­ka­da­da qa­lıb. Bü­tün bö­yük la­yi­hə­lər­dən təc­rid olu­nub. Nə­ti­cə­də əha­li sü­rət­lə Er­mə­nis­ta­nı tərk edib. Öl­kə iq­ti­sa­diy­ya­tı, de­mək olar ki, if­lic və­ziy­yət­də­dir və heç bir yax­şı perspek­tiv gö­rün­mür. Bun­dan pis nə ola bi­lər ki? Əs­lin­də, Sar­kis­yan bu cür fi­kir­lə­ri səs­lən­dir­mək­lə Ru­si­ya­ya ça­ğı­rış edir ki, on­dan əl çək­sin­lər. Çün­ki Sar­kis­yan bi­lir ki, Ru­si­ya­nın ica­zə­si ol­ma­dan bu çı­xıl­maz du­rum­dan ya­xa qur­ta­ra bil­məz. Son dövrlər Sar­kis­ya­nın möv­qe­yin­də bir yum­şal­ma hiss olu­nur. Bu da ar­tıq dö­züm li­mi­ti­nin qur­tar­dı­ğın­dan xə­bər ve­rir”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Əmək fəaliyyəti ilə bağlı inqilabi qərar 2020-ci ildə qüvvəyə minəcək

Finlandiyada artıq işçilər harada və nə zaman işləyəcəklərinə özləri qərar verəcəklər. “Yeni Sabah” xarici mediaya …

Bir cavab yazın