Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Samir Şərifovun aparat rəhbəri korrupsiyanı himayə edir… – İDDİA

Samir Şərifovun aparat rəhbəri korrupsiyanı himayə edir… – İDDİA

“Zərdab rayon Maliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Məmmədov Sakit İfrat oğlu qanunsu yollarla dövlətin əmlakını mənimsəyir” Bu barədə DİA.AZ-a söügedən rayon dakinləri xəbər verib.

Məlumatı verən qaynaq iddia edir ki, Sakit Məmmədova bu işdə havadarlıq edən isə Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovdur.

Dia.az bildirir ki, maliyyə müdirinin əməlləri ilə bağlı sakinlər prezidentə müraciət edərək Sakit Məmmədovun fəaliyyətinin araşdırılmasını da xahiş edirlər. Onların müraciətlərində deyilir: “Cənab Prezident siz son müşavirədə dediniz ki, cinayət yoluyla dövlətin pulunu mənimsəyənlərə, oğurlayanlara qarşı çox ciddi tədbirlər görülməlidir.

Onu da bildirək ki, Sakit Məmmədov konkret olaraq cinayət yoluyla dövlətin pulunu mənimsəyir. Namiq Süleymanovda Sakitin bu cinayətlərini gizlətmək üçün isə “yuxarılara” yalan arayışlar verir”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …