Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / «Samir Şərifovla Elman Rüstəmov istefa verib getməlidirlər» – Tələb

«Samir Şərifovla Elman Rüstəmov istefa verib getməlidirlər» – Tələb

«Artıq bu adamların özləri etiraf edirlər ki, acizdirlər və ölkədə yaranan iqtisadi böhranı aradan qaldıra bilmirlər».
Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmovun son açıqlamasını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, ölkədə hazırkı ağır iqtisadi durumun yaranmasının səbəbkarları elə Samir Şərifovla Elman Rüstəmovdur: «Bu problemi yaradan adamlar onu həll edə bilməyəcəklər. Manatın dollar qarşısında duruş gətirə bilməməsi, iqtisadiyyatın günü-gündən tənəzzülə uğraması davam edir. Onlar isə hər hansı bir addım atmaq istəmirlər. Məsələ ondadır ki, bunların heç bir konsepsiyası yoxdur. Nə savadları, nə bacarıqldarı çatır, nə də istəkləri var. Əsas niyyətləri odur ki, ölkədə vəziyyət daha da gərginləşsin».
Partiya sədri onu da deyib ki, Samir Şərifovla Elman Rüstəmov istefa verib getməlidirlər. Onun sözlərinə görə, özləri vicdanla yanaşsalar, ərizələrini yazarlar, çünki üzüsulu getmək ən yaxşısıdır: «Amma bunlar üzlərinə dirəniblər. Nə getmirlər, nə də bir iş görürlər. Biz bunu görürük, deyirik, sonra da bizə qarşı iyrənc üsullardan istifadə etməyə başlayırlar. Yəqin ki, bu proses bu şəkildə davam etməyəcək. Düşünürəm ki, referendumdan sonra prezidentə verilən əlavə səliyyətlər çərçivəsində daha sərt addımlar atılacaq. Prezident bu cür savadsız, dövlətçiliyi deyil, öz maraqlarını güdən məmurlar yola salınacaq. Bu gün ictimai rəydə çox pis fikir formalaşıb. Bunu aradan qaldırmaq üçün xalqa yeni iş yerləri açmaq lazımdır, camaatın gözləntilərini həyata keçirmək lazımdır. Samir Şərifov deyir ki, biz problemi kökündən həll etməkdə acizik. Dollar kreditləri ilə bağlı hansısa güzəşt olacağı təqdirdə bankların ciddi zərbə alacağını deyirlər. Maraqlıdır, bu vəziyyəti əvvəlcədən görmürdünüzmü? Sanki bu millətdən heyif çıxırlar».
2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)
H.Hacıyev qəti şəkildə bildirib ki, bu komanda ilə bir addım belə irəli getmək olmaz. Onun qənaətincə, bəzi məmurları çıxmaq şərtiylə hökumət buraxılmalıdır, komanda təmizlənməlidir: «Cahangir Hacıyev deyir ki, Samir Şərifov mənim yanında oturmalıdır. Onu da dinləmək lazımdır. Görək nə olub ki, naziri bu şəkildə ittiham edir. Görək Samir Şərifov milyardları harda gizlədib? Əgər Mərkəzi Bankın rəhbəri acizliyini etiraf edirsə, bu adamların vəzifədə oturmağa haqları yoxdur. Prezident nə qədər yeni qurumlar yaratdı, amma heç bir nəticəsi yoxdur. Çünki o qurumların başında dayanan adamlar yalnız öz şəxsi maraqlarını güdürlər. Bu gün Samir Şərifovla Elman Rüstəmov arasında intriqa yaranıb. Ölkəni düşdüyü ağır durumdan çıxarmaq barədə düşünmürlər, amma bir-birlərini qırırlar. Bunun da ziyanını xalq çəkir. Ən pisi odur ki, ölkədə ortaya çıxan bütün problemlərdən yaranan narazılıq prezidentə istiqamətlənir. Bunların da əsas məqsədi odur ki, ölkədə prezidentə qarşı narazılıq yaransın. Prezident bir nəfərdir, o gedib nazirləri əvəz edəsi deyil ki? Hərə öz sahəsində vicdanla işləməlidir. Gbrünən odur ki, bu komandada vicdanla işmələk istəyənlər yoxdur».
MMP sədri onu da vurğulayıb ki, bu yoldan geri çəkilmək fikrində deyil. H.Hacıyev deyir ki, prezidentə qarşı olan bütün məmurlara qarşı sərt mübarizə aparacaq: «Məni assalar da, geri duran deyiləm. İmkan vermərəm ki, bu məmurlar qardaşıma xəyanət etsinlər. Onlar bununla həm də millətə, dövlətə xəyanət edirlər. Həmin məmurlar ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Kim narazılıq edirsə, prezidentdən yapışır. Prezident üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Komanda oynamırsa, prezidentin edə biləcəyi bir şey yoxdur. Ona görə də düşünürəm ki, təcili kadr islahatları aparılmalıdır. Azərbaycan daxilindəki Avropanın əleyhinə oynayan uşaqların da səsi kəsilməlidir. Onlara əsas vermək lazım deyil ki, ağızlarına gələni danışsınlar. Qısaca olaraq, tezliklər köklü islahatlar başlamalıdır».

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın