Ana səhifə / Sosial / Samir Nuriyev yeni agentliyin direktoru təyin olundu

Samir Nuriyev yeni agentliyin direktoru təyin olundu

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında ölkə başçısı sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda qeyd olunur ki, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilsin.

Qeyd edək ki, Samir Nuriyev 2013-cü ildən Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi işləyib.

***

Prezidentin digər sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın