Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Samir Adıgözəlli: “HDP-nin ehtiyatlı davranışı qoruxudan irəli gəlir”

Samir Adıgözəlli: “HDP-nin ehtiyatlı davranışı qoruxudan irəli gəlir”

Samir Adıgözəlli: “Bu səbəbdən də onlar prezident və baş nazirlə görüşə dəvət almadı”

Türkiyədəki hərbi çevrilişə cəhdin doğurduğu ciddi fəsadlar hələ tam aradan qaldırılmayıb. Müxtəlif istiqamətlərdə həmin hadisədə əli olan elementlərin zərərsizləşdirilməsi həyata keçirilir.
Çevrilişə cəhd günü Türkiyədəki siyasi partiyaların ortaya qoyduğu mövqe olduqca prinsipial oldu. Hakimiyyətə qarşı ən radikal müxalif mövqe tutan partiyalar belə dövləti dəstəklədiyini bəyan etdi. Türkiyə prezidenti Ərdoğanın ayın 25-də müxalifət partiyalarının liderləri ilə pezident sarayındakı görüşündən sonra ortaya müxtəlif suallar çıxdı. Həmin görüşə parlamentin fraksiyalarından biri olan HDP-nin sədrinin dəvət olunmadığı qızğın müzakirə mövzusuna çevrilib. HDP-nin saraya niyə dəvət olunmadığına Türkiyə Prezident Administrasiyasından cavab gəlib. Məlumata görə çevriliş cəhdinin baş verdiyi gecə HDP deputatının dediyi sözlər bu partiyanı qara siyahıya salıb.
HDP-nin özü də bu hadisələrlə bağlı zəif mövqe sərgiləyir. Bunun səbəbi nəylə bağlıdır?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının sədri “Bakı-xəbər” qəzetinə açıqlamasında bildirib ki, HDP-nin davranışları bir qədər şübhəli görünür:

“Çünki onların bəzi millət vəkilləri dolayısı ilə və ya birbaşa demokrasiyanın əksinə şüarlar səsləndirib. Ancaq HDP rəhbərliyi bir qədər ehtiyyatlı davranış nümayiş etdirdi. Anladılar ki, həmin vaxt emosiyaya qapılmaq olmazdı. İndi təsəvvür edin ki, həmin prosesə hansısa siyasi güc dəstək versəydi onda mahiyyət dəyişmiş olacaqdı. Bunun adı hərbi-siyasi çevrilişə cəhd olardı. Belə olacağı təqdirdə HDP-nin bir partiya kimi mövcudluğu da sual altına düşərdi. Təbii ki, bu istəkdən daha çox qoxudan irəli gələn mövqedir. Bu səbəbdən də onlar gözləmə mövqeyində durur. Fikir verdinizsə, onların məsələyə münasibəti CHP və MHP-dən kəskin fərqləndi. Bu səbəbdən də onlar prezident və baş nazirlə görüşə dəvət almadı. HDP-nin proseslərdəki roluna ən dolğun qiyməti məhz həmin görüş verdi. Ərdoğan HDP-nin nəylə nəfəs aldığını hamıdan gözəl bilir”.

Məhəmmədəli Qəribli

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın