Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Şamaxı və İsmayıllıda yollar buz bağlayıb – VİDEO

Şamaxı və İsmayıllıda yollar buz bağlayıb – VİDEO

Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb. Xüsusən dağ kəndlərinə gedən yolların donması hərəkəti çətinləşdirib.

Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeybəri kəndlərinə gedən yolda avtomobillərin hərəkətində məhduddiyyətlər yaranıb. Bəzi sürücülər avtomobilləri yol kənarında saxlamalı olublar.

Bakı -Şamaxı- Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistrallarında səhər saatlarında donma müşahidə olunub. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib.

Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir. Bununla belə, gecə saatlarında şaxtalı hava səbəbindən yolların buz bağlayacağı istisna edilmir. Ona görə də avtomobilləri qışa hazırlıqsız olan sürücülərin yola çıxmaması məsləhət görülür.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …