Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Sosial / Şamaxı şəhərini sakinlər üçün yaşanmaz hala gətirən hansı idarədir?

Şamaxı şəhərini sakinlər üçün yaşanmaz hala gətirən hansı idarədir?

Bölgələrdə sakinlər məişət tullantılarının yığılıb qalmasından şikayətlənirlər.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, kommunal idarələr bunun obyektiv səbəblərini olduğunu söyləyir. Söhbət Şamaxının ən böyük küçələrindən olan M.Rəsulzadə küçəsində tonlarla yığılıb qalan zibil yığınından gedir. Hazırda bu küçədə sözün əsl mənasında zibillik problemi yaşanır. Küçə sakinləri vəziyyətdən şikayətçidir. Tullantılar ərazidə anti-sanitar vəziyyət yaradıb, pis qoxudan və zibil əlindən küçədən keçmək mümkün deyil.

Küçə sakini Əlmövsüm Ələkbərov bildirir ki bütün tullantılar gətirib buraya atılır: “Sonra da maşınlarla daşıyırlar Bakıya, daha bezmişik bu natəmizlikdən. Evlərdə qoxu və milçək əlindən oturmaq olmur, gecələr isə küçədə başıboş gəzən itlərin əlindən”.

Şamaxı şəhəri  Məhəmməd Əmin Rəsulzadə küçəsindəki zibillik
Şamaxı şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsindəki zibillik

Məhəllə sakini Məlahət Atakişiyeva bildirir ki, zibilləri həmişə xəlvəti şəkildə gecələr əraziyə gətirilir: “Səhər dururuq ki dağ boyda zibil var. İnanın ki uşaqlarımızı belə yara basıb, belə də anti-sanitar vəziyyət olar?” Artıq bu məhəllədə həm yuxarı, həm də aşağı tərəfin sakinləri cana gəlib. Dəfələrlə kommunal idarəyə müraciət etsək də “sabah təmizlənəcək” deyib yola verirlər”.

Məsələ ilə bağlı Şamaxı Kommunal Təsərrüfat İstehsallat birliyi ilə əlaqə saxladıq və məsələyə aydınlıq gətirilməsini xahiş etdik. Birliyin rəhbəri Güləmi Hacıyev ərazidə olan tullantıların ancaq kartonlardan ibarət olduğunu söylədi və çeşidləndikdən sonra Bakıya yola salındığını vurğuladı. Burada yaranmış vəziyyəti isə həmin gün ərazidə olan maşının xarab olması və bunun istirahət vaxtına tuş gəlməsi ilə əlaqələndirdi. O bildirdi ki, hazırda ərazidə təmizləmə işləri gedir və bu vəziyyət bir daha baş verməyəcək. Məsul şəxs yaranmış problemlə bağlı insanlardan üzr istədi.

Şamaxı şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsindəki zibillik
Məhəllə sakinlərinin sözlərinə görə, zibillər əraziyə xəlvəti şəkildə gecələr gətirilir

Lakin küçə sakinləri bu yanaşma ilə razılaşmayaraq problemin aylardır olduğunu söylədilər. Sakinlər bildirdi ki, küçə tamamilə təmizləndikdən sonra vəziyyət yenə təkrarlanarsa aidiyyatı qurumlara müraciət olunacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Azəriqaz” İB Xəzər rayon sakinlərini qanunsuz cərimələyib – vətəndaş ŞİKAYƏTİ

Xəzər rayon sakinləriAZİA.AZ saytının redaksiyasına məktubla müraciət ünvanlayıblar. Müraciətdə göstərilir ki,“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 2018-ci …