Ana səhifə / Sosial / Salyanda maşın su kanalına düşdü: 2 nəfər boğularaq öldü – VİDEO

Salyanda maşın su kanalına düşdü: 2 nəfər boğularaq öldü – VİDEO

Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü – Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini – 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …