Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Sahil Babayevin at, eşşək və qatır yetişdirən sektor müdiri – İTTİHAM

Sahil Babayevin at, eşşək və qatır yetişdirən sektor müdiri – İTTİHAM

Respublikada fəaliyyət göstərən bütün dövlət və özəl qurumların əməkdaşlarının hüquqlarını qorumağa cavabdeh olan ƏƏSMN-nin məmurlarından bəziləri deyəsən nazir Sahil Babayevin “rüşvətə son” şüarına qarşı müharibə elan edib. Belə ki, Elchi.az-a şikayət edən bir neçə sahibkarın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sektor müdiriİlqar Əyyubov sahibkarlara qarşı amansızlığı ilə seçilir. Sektor müdiri sahibkarlardan pul tələb edir, sahibkar pulu vermədiyi təqdirdə isə yüksək məbləğdə cərimələr yazılır. 

Sahil Babayevin at, eşşək və qatır yetişdirən sektor müdiri

Redaksiyamıza daxil olan şikayət məktubundan sonra bu sektor müdiri haqqında bir balaca internet üzərindən araşdırma apardıq. Tapdığımız məlumatlarda bu adamın vaxtilə “RRBN” MMC-nin baş direktoru vəzifəsində çalışdığı bildirilir. At, eşşək və qatırların yetişdirilməsi ilə məşğul olan firma direktorunun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sektor müdiri vəzifəsinə gətirilməsinə etiraz etməsək də, redaksiya olaraq marağımız Sahil Babayevin bu adamı belə bir strateji yerə təyin etməsini hansı maraqdan irəli gəldiyini bilməkdir. Fikrimizcə, oxucular üçün də maraqlıdır ki, at, eşşək və qatırların yetişdirilməsi ilə məşğul olan “RRBN” MMC-nin keçmiş baş direktoru Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sektor müdiri vəzifəsindədi və sahibkarlarla rəftarı da o qədər də ürəkaçan deyil. Necə deyərlər, bəzi sahibkarlar da “yüklənilir”, mənasız yerə sahibkarlara cərimə də yazılır.

Elchi.az-ın əldə etdiyi digər məlumata görə, İlqar Əyyubov bu vəzifəyə müqavilə əsasında götürülüb. Halbuki bir müddət bundan əvvəl mətbuatda gedən bəzi məlumatlarda qeyd olunurdu ki, DİM tərəfindən ƏƏSMN-nin vakant yerlərinə işə qəbul olsa da, nazirlik tərəfindən hələ də müqavilə əsasında işə götürülən adamlarla işləməyə üstünlük verilir. Bu da nazir Sahil Babayevin DİM tərəfindən bu nazirliyin vakant yerlərinə işə qəbul olunan vətəndaşlara qarşı soyuq münasibətindən irəli gəlir. Bu soyuq münasibətin isə hardan qaynaqlandığını yalnız nazir özü bilir. Ölkədə əmək hüququ pozulan hər kəs nazir Sahil Babayevə və onun rəhbəri olduğu nazirliyə müraciət etməli olduğu halda, hüququ pozulan sahibkarların da məhz Sahil Babayev tərəfindən qorunacağına inanmaqdan başqa çarəmiz qalmır. ƏƏSMN işçilərinin əmək qanunlarını qorumaq əvəzinə, kobud şəkildə pozaraq sahibkarları incitməsi ölkədə rüşvətə qarşı aparılan mübarizənin üstündən xətt çəkir. Mövzuya bir də qayıdacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …