Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / Sahil Babayev rektorun oğlunu yüksək vəzifəyə təyin etdi

Sahil Babayev rektorun oğlunu yüksək vəzifəyə təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifəyə təyin edib. 

Qaynarinfo.az-nın verdiyi məlumata görə, nazirin müaviq əmri ilə Mehdi Abdullayev “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Elşən Səlim oğlu Əsədovun müşaviri təyin olunub. 

Qeyd edək ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”sı 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. 

Xatırladaq ki, Mehdi Abdullayev bu vəzifəsindən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri olub.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …