Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi

Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub.

Nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlu Təminat (Təsərrüfat) şöbəsinin müdiri təyin edilib.

Nəzərinizə çatdıraq ki, M.Məmmədəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirlinin qayınıdır.

Təyinat xəbərini Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir əvəzi Fazil Talıbov təsdiqləyib.

Xatırladaq ki, nazir Sahil Babayev bundan əvvəl İsmayıl İsrafilovu ƏƏSMN-in Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor təyin edib.

İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …