Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sahil Babayev keçmiş nazirin daha 4 kadrını “vurdu” – SİYAHI

Sahil Babayev keçmiş nazirin daha 4 kadrını “vurdu” – SİYAHI

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Azinforum.az Unikal.org-a istinadən bildirir ki, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Fakt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təsdiqlənib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …