Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sahil Babayev, bu ailədən XƏBƏR TUT! – Dəhşətli MƏNZƏRƏ

Sahil Babayev, bu ailədən XƏBƏR TUT! – Dəhşətli MƏNZƏRƏ

Mingəçevirdə yaşayan 6 uşaqlı ailənin sosial yardımı niyə kəsilib?

DİA.AZ xəbər verir ki, Osmanova Gözəl Osman qızı vəziyyətləri ilə bağlı müraciət edərək ünvanlı sosial yardımın kəsildiyini deyir. Bu azmış kimi 2-ci qrup əlil,vərəm xəstəsi olan həyat yoldaşı Akif Allahverdi oğlu Məmmədovun da aldığı müavinəti də kəsilib. Ailənin durumu çox acınacaqlı vəziyyətdədir. Uşaqlar məktəbə gedə bilmir. Onun sözlərinə görə, evlərində qaz xətti olsa da qaz pulunu ödəyə bilmədiklərindən odun sobası ilə həm qızınırlar, həm də yeməklərini hazırlayırlar:

“Uşaqlar məktəbdən evə gəlir, lakin evdə oxumaq üçün nə bir şərait var, nə yuyunmaq üçün hamam, nə də yemək üçün mətbəx. Məktəbdən tez kim gəlirsə, digəri onun paltarını geyinib məktəbə gedir. Valideyinlər deyir ki, nə olar ki kasıb olanda? Biz də istəyirik ki, övladlarımız təhsil alsın, alitəhsilli olsun”.

Osmanova Gözəl həmçinin bildirib ki, evin ən qiymətli əşyası nisyə dəftəridir. Onu evin girişindən asırlar.

Qeyd edək ki, ailənin başçısı Məmmədov Akif vərəm xəstəliyindən əziyyət çəkir. O, ikinci qrup əlildir.

Məmmədov Akifin əlaqə nömrəsi: 050-738-63-79

Dia.az olaraq məsələni diqqətdə saxlayacağıq…

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …