Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sahil Babayev ƏSMM-nin korrupsiya “lord”larından birini geri qaytarıb – Səbəb?

Sahil Babayev ƏSMM-nin korrupsiya “lord”larından birini geri qaytarıb – Səbəb?

ƏSMM-də Heybət İmanov dövrü yenidən başlayır?

Füzuli Ələkbərovun korrupsioner olaraq ad çıxaran kadrının yenidən ƏSMM-ə “transfer” olunması nazirlikdə şok effekt yaradıb.

Əmək və əhlinin sosial müdafiəsi naziri Sahil Babayevin nazirlikdə apardığı kadr islahatları və yerdəyişmələri bir çox maraqlı nüansları ilə yadda qalır.

Belə ki, nazirlikdə əsasən keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kadrların vurulması daha çox islahatların ümumilikdə aparılmadığından xəbər verir.

Əjdər Cəbiyevin Səlim Müslümovun komandasında “kilid” isimlərdən biri olmaqla bərabər, nazrilik içində əsas korrupsiya şefi olduğu hər kəsə aydındır. Ancaq son həftələr nazirlik içindəki bəzi kadr dəyişikliyi və sürpiriz isimlərin yeni vəzifələrə təyinatı da çox maraqla qarşılanır.

Bu kadrlardan biri isə 2 həftə öncə Sahil Babayev tərəfindən nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini təyin edilən Heybət İmanov olduğunu deyə bilərik. Vaxtı ilə digər sabiq nazir Füzuli Ələkbərovun dövründə ƏSMM-in “Əjdər Ol”u rolunda çıxış edən Heybət İmanov Səlim Müslümovun nazir təyinatından sonra vəzifəsindən uzaqlaşdırılmışdı. O, ƏSMM-dən çıxarıldıqdan sonra Hesablama Palatasında şöbə müdiri müavini vəzifəsinə “transfer” olunmuşdu.

Nazirilk içindəki etibarlı mənbənin AzFakt.com-a verdiyi məlumata görə, Heybət İmanovun Palatadan nazirliyin daxili nəzarət şöbəsinə gətirilməsi bir çox şəxslərdə şok effekt yaradıb. Çünki Heybət İmanov Füzuli Ələkbərovun dövründə ƏSMM-də o qədər də yaxşı imic qazanmayıb. İddialara görə, Heybət İmanov o vatlar ƏSMM-də formalaşan korrupsiya qrupunun başında duranlardan biri olub. İndi isə bu şəxsin ƏSMM-də ən “kilid” bir şöbəyə gətirilməsi bəzi qaranlıq məqamlardan xəbər verir.

İnformasiya mənbəmiz iddia edir ki, Heybət İmanovun ƏSMM-in daxili nəzarət şöbəsinə “transfer” olunması nazir Sahil Babayevin planında olmayıb. Bu “transfer” nazirə təsir gücü olan müavinlərdən birinin təklifi və planı ilə baş tutub.

pia.az

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …