Çərşənbə , May 25 2022
Ana səhifə / Sosial / Sahibkar qadın: “Tikinti şirkəti mənim biznesimi məhv edib”

Sahibkar qadın: “Tikinti şirkəti mənim biznesimi məhv edib”

Azərbaycanda mənzil tikintisi geniş vüsət alıb. Günü-gündən yeni tikililərin sayı artır. Heç kimə sirr deyil ki, belə hallarda tikinti şirkətinin maraqları ilə evləri söküləcək sakinlərin və bu evlərə bitişik ərazilərdə yaşayanların maraqları çox zaman toqquşur. 
Redaksiyamıza kiçik bizneslə məşğul olan iki qadın oxucumuz müraciət edib. Onlar “Maşınqayran” Mənzil- Tikinti Kooperativi (MTK) əməkdaşlarının hərəkətlərindən və şikayətçilərin fikrincə, bir tikə çörəklərindən məhrum edildiklərindən hiddətə gəlib.Nəsimi rayonu, Azadlıq prospekti, 74  ünvanda yerləşən “Elegance” gözəllik salonunun sahibi Təranə Məmmədovanın sözlərinə görə, MTK nəinki ona tikinti zamanı söküləcək otağına görə kompensasiya ödəməyib, az qala onun həyatına son qoyacaqdı. T. Məmmədova iddia edir ki, o, 12 il ərzində Nicat Qurbanovdan otaq icarəyə götürüb və həmişə vaxtında icarə haqqını ödəyib. “Problemlər o zaman başladı ki, bir gün kooperativin nümayəndəsi qapımı döydü. Otaq mənə məxsus olmadığına görə, mən icarəyə verənlə kompensasiya barədə danışmaq qərarına gəldim, güman edirdim ki, obyektin təmirinə sərf etdiyim müəyyən məbləğə bel bağlaya bilərəm.N. Qurbanov mənə tikinti aparanla danışacağını vəd etdi”, – həmsöhbətimiz belə deyib.Bir neçə müddətdən sonra MTK- dan yenidən bir nəfər qadının yanına gəlib. Onu sakitləşdirərək deyib ki, binanın Azadlıq prospektinə çıxan hissəsi hələlik sökülməyəcək. “Mən işimi davam etdirirdim. Martın 7- də adəti üzrə işə gəldim. Lakin qapını açanda gördüklərimdən dəhşətə gəldim. Belə təəssürat yarandı ki, otağa mərmi düşüb. O, xarabalığa bənzəyirdi. Mən bir anlıq reallıq hissimi itirib, donub qaldım. Dəhşət və qorxu məni bürümüşdü, ayaqlarım sözümə baxmırdı, göz yaşlarım bulaq kimi yanaqlarımdan axırdı. Bir müddətdən sonra özümə gəldim. İlk olaraq düşündüm ki, yaxşı ki, bu gün işə gec gəlmişəm. Allah məni qoruyub! Əks halda mən bu gün sizinlə söhbət etməyəcəkdim”, – Təranə xanım həyəcanla danışıb.Hər şeyi yenidən yaşayaraq, qadın göz yaşlarına hakim kəsilə bilmədi. Biz az sakitləşəndən sonra məlumat verdi ki, DİN- in “102” qaynar xətt nömrəsinə zəng edib. “Hadisədən sonra mən tikinti aparanla görüşdüm. Mən nədən binanın sökülməsi barədə mənə xəbərdarlıq olunmadığının səbəbini aydınlaşdırmağa cəhd etdim. Axı, mənim nəyim var idisə, – televizorum, dolabım, kreslom, güzgülərim, – hamısı dağıntılar altında qalmışdı. Səhlənkar fəhlələrin mənə vurduqları ziyan təxminən 10 min manat təşkil edirdi. Mən heç olmasa bu məbləğin yarısını ödəməyi xahiş etdim ki, başqa yerdə özümə otaq icarəyə götürə bilim”, – müsahibimiz belə izah edib.T. Məmmədova anlaya bilmir ki, binanın bu hissəsi sökülməyəcəkdisə, nədən məhz onun salonu dağılıb? “Məndən sağda və solda yerləşən obyektlər toxunulmaz qalıb. Bəs məsələ nədədir? Mən bu sualla tikinti aparana müraciət etdim. O isə sakitcə cavab verdi: “Çox güman ki, Sizi qarət edib, əşyalarınızı aparıblar”. Qoruyucu jalüzləri olan otağa qarətçilər necə daxil ola bilərdi ki? Mənim bütün biznesimi məhv etmələri bir yana, hələ günahı üzdəniraq oğruların üzərinə qoyurlar. Onlar dəymiş ziyana görə mənə kompensasiya ödəməlidir!”, – həmsöhbətimiz qəzəblə söyləyib. Onun sözlərinə görə, əgər MTK- nın nümayəndəsi zərərçəkənə əvvəlcə kompensasiya ödəməkdən imtina edirdisə, sonradan öz qərarını dəyişib. “Mən onları anlamıram, gah deyirlər hamısını ödəyəcəklər, gah da məhkəməyə müraciət etməyi məsləhət görürlər. Hazırda mənim ərizəm baxılması üçün Nəsimi RPİ- nin 21- ci bölməsindədir. Araşdırmanın nəticələrini hələ iki həftə gözləmək lazım gələcək”, – T. Məmmədova sözlərinə yekun vurub. Digər qəhrəmanımız Elmira Babayeva istehlak mallarının satışı ilə məşğuldur. Onun Nəsimi rayonu, R. Axundov küçəsi  (Azadlıq prospekti ilə Mirəli Qaşqay arasında olan sahə) ünvanında yerləşən köhnə daxmasını “obyekt” adlandırmaq çətindir, düz yolun kənarındadır. Amma artıq bir aydır ki, o, oğlu ilə birlikdə söküləcəyi qorxusundan bu daxmada yaşamağa məcburdur. “Mən Ermənistandan qaçqınam, Bakıda çoxdan yaşayıram. Həyat yoldaşım rəhmətə gedib,  mənim himayəmdə üç uşaq var. Təxminən 10 il əvvəl mən bu obyekti tikmişəm, burada istehlak mallarının satışı ilə məşğulam. Tikinti aparan kompensasiya kimi mənə elə məbləğ təklif edir ki, başqa yerdə otaq icarəyə götürüb ailəmi dolandırmağa kifayət etmir. Mənə pul lazım deyil. Mənə şəhərin istənilən yerində 15 kv m sahə versinlər”, – E. Babayeva şikayət edib. Qadın artıq bir aydır ki, elementar şəraiti, hətta suyu olmayan daxmada yaşamağa məcburdur. Yalnız ona görə ki, onun qəflətən sökülməsindən ehtiyat edir.”Hər gün qorxu içində yaşayıram, birdən tikintidən nəsə düşər və biz dağıntı altında qalarıq. Hər şeydən göründüyü kimi, tikinti aparan kasıb insanları ələ salmaqdan xoşlanır”, – o, gileylənib. Müxbirimiz göstərilən ünvana baş çəkib və maraqlı bir söhbətin şahidi olub. Çox güman ki, bu ərazidə yerləşən obyektlərin birinin əməkdaşı olan qadın öz müdirinə narazılıqla deyir: “Mənin burada qalmağa daha gücüm çatmır. Nə suyu var, nə də istiliyi. Mən daima qorxu içindəyəm ki, indicə tavan başıma uçacaq”. Ona cavab verilib: “Bir az da döz, az qalıb, tezliklə hər şey bitəcək…”. Məsələ burasındadır ki, bu ərazidə yerləşən  və yarıyadək sökülən binalarda hələ də fəaliyyət göstərən bir neçə obyektlərin tavanlarının düşməsi təhlükəsi var.  “Maşınqayıran” MTK- nın sədr müavini Xanlar Əliyevlə əlaqə saxlayaraq əks tərəfin də mövqeyini aydınlaşdırmışıq.”E. Babayevaya məxsus bu obyektin, daha doğrusu, yüngül tikilinin bizim kooperativə heç bir aidiyyəti yoxdur. Mən bilmirəm bununla bağlı ona kim və nə deyib. Ona məxsus olan obyekt bizim tikintimizə mane olmur, lakin tikilən binaya söykəndiyindən biz ona 10 min manat məbləğində kompensasiya ödəməyi təklif etmişik. Bu məbləğ qadını qane etmir, biz isə bundan artıq ödəyə bilmirik. Yeni obyekt üçün otaq ayrılmasına gəldikdə, bu məsələ bizim səlahiyyətimizə aid deyil”, – həmsöhbətimiz izah edib.Təranə Məmmədovanın məsələsinə gəldikdə, X. Ağayevin deməsinə görə, o, otağın icarədarıdır, onun sahibi ilə qarşılıqlı mübadilə müqaviləsi əsasında bu otaq kooperativin balansına keçirilib.”Nəzərə alsaq ki, bu obyektin sökülməsi 2023- cü ilədək nəzərdə tutulmayıb, biz Məmmədovanın işini davam etməsinə etiraz etməmişik. Biz anlayırıq ki, o, bu salona müəyyən vəsait xərcləyib. Əvvəlcə o, 10 min manat məbləğ söyləyib, sonra 5 minə enib. Əgər hər şey otağın sahibi ilə danışılıbsa, nədən biz ona kompensasiya ödəməliyik? Yeri gəlmişkən, o, ona 1000 manat təklif edib, amma qadın imtina edib”, – kooperativin sədr müavini deyib. X. Ağayev iddia edir ki, onlar qadının obyektinə toxunmayıblar, tavanın uçması baş verib. “Yaxşı ki, otaqda heç kim olmayıb. İndi isə T. Məmmədova kompensasiyaya təkid edir. O, polisə ərizə yazaraq, 10 min manat tələb edir. Mən ona demişəm ki, hər şey məhkəmədə araşdırılacaq. Biz hətta ona ziyan dəymiş əmlakının siyahısını tərtib etməyi təklif etmişik. Bəli, ziyan dəyib, amna onun dediyi məbləğdə yox. Maksimum 1500 manat ola bilər. T. Məmmədova bəyan edir ki, başqa instansiyalara da müraciət edəcək. Bu, onun hüququdur. Biz sakinlərin hüquqlarını pozmuruq”, – həmsöhbətimiz sözlərinə yekun vurub. (vesti.az)

Həmçinin oxuyun

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib …