Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sahib Kərimli AXCP-də qaldı, amma yenə rəhbərliyi tənqid etdi

Sahib Kərimli AXCP-də qaldı, amma yenə rəhbərliyi tənqid etdi

AXCP-nin Şəki şöbəsi sabiq müşaviri partiyada saxladı; amma təhlükə səngiməyib
AXCP sədri Əli Kərimlinin keçmiş müşaviri, sabiq siyasi məhbus Sahib Kərimlinin partiya sıralarından xaric oluna biləcəyi barədə xəbər vermişdik. AXCP funksionerinin iştirakı ilə üzvü olduğu Şəki rayon şöbəsinin iclası keçirilib.

S.Kərimlinin partiya rəhbərliyinin təsiri ilə çıxarılacağı gözlənilsə də, əksi baş verib. Rayon təşkilatının üzvləri onun qurumda saxlanılmasına qərar veriblər.

İclas barədə sabiq müşavir özünün facebook səhifəsində status paylaşıb: “Dostlar, AXCP Şəki rayon şöbəsinin Məclisi toplaşdı, məlum müzakirələr oldu. Cəbhəçi dostlarım danışdı, iradlarını, tənqidlərini, mövqelərini bildirdilər. Mən də fikirlərimi söylədim, suallara cavab verdim, mədəni müzakirə apardıq. Partiyadan çıxarılmamla bağlı məsələnin müzakirəsi – hüquqi və siyasi əsasları, partiya üzvünün necə davranması, nizamnamə və məramnaməyə uyğunluqlar, partiyadaxili demokratiya, gözdənsalma ilə sağlam tənqidi ayıra bilmək bacarıqları və s. kimi maraqlı mövzularla iç-içə oldu. Sərt cəza tərəfdarı olan dostlarımla münasibətimiz daha da səmimiləşdi. Qarşılıqlı anlayış göstərdik. Bütün dostlar mənəvi və el-oba anlayışlarına kökləndiyinə görə, tolerant idilər. Məsələnin gündəliyə salınması tərəfdarı dostlarla, rayon şöbəsini bu məsələyə qatılmasının tərəfdarı olmayan dostlar bərabər sayda idilər. İradlarını dinlədiyim dostlara söz verdim ki, sağlam tənqidlə, qərəzli gözdənsalmanın arasındakı məsafəni tamamilə uzaqlaşdıracam.

“Milli Şura rəhbərliyi dinləmədən qərar verir, dinləmək demokrat mədəniyyətidir”

Partiya rəhbərliyindən də xahiş edirəm ki, Şəki cəbhəçiləri kimi demokrat və tolerant olsunlar. İradlar ola bilər, haqlı və ya haqsız. Dinləmək isə, olduqca vacibdir. Milli Şura rəhbərliyi dinləmədən qərar verir, dinləmək demokrat mədəniyyətidir. Partiyadan çıxarılmamı israrla istəyən rəhbərlik belə qənaətə gəlsə, dinlədikdən sonra qərar versin. Dostcasına normal müzakirələr edək”.

Qeyd edək ki, günlər öncə S.Kərimli Milli Şura rəhbərliyi tərəfindən qurumdan xaric olunmuşdu. Ondan sonra Kərimlinin AXCP-dən də çıxarılacağı gözlənirdi. Keçmiş siyasi məhbusa hücumların artmasına səbəb onun Milli Şura rəhbərliyini tənqid etməsi ilə bağlı verdiyi müsahibələrdir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın