Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Sosial / Şagirdləri Qubaya istirahətə aparan avtobus yandı – FOTO

Şagirdləri Qubaya istirahətə aparan avtobus yandı – FOTO

Bakıdan Qubaya istirahətə gedən şagirdlər və onların valideynlərini aparan avtobus yolda yanıb.

Hadisə bu gün səhər saatlarında Qubanın girişində baş verib.

Binəqədi rayonunda yerləşən 244 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri valideynləri ilə birgə Qubaya istirahətə gedirmişlər. Yolda avtobusun motorxanasında yanğın başlayıb, sürücü dərhal avtobusu saxlayaraq sərnişinləri düşürüb.

Məlumata görə, həmin zaman oradan keçən Quba rayon icra başçısı şagirdlər üçün başqa avtobus təşkil edib və onları Qubaya aparıb. Şagirdlər və valideynlər hazırda təyinat yerinə çatıblar.

Həmçinin oxuyun

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu

Milli Məclisin daha bir  deputatı  – Novruzəli Aslanov qızına  karantin qaydalarına zidd toy məclisi keçirib.Belə …