Ana səhifə / Sosial / Şaftalını fermerdən 50 qəpiyə alıb bazarda iki manata satırlar – VİDEO

Şaftalını fermerdən 50 qəpiyə alıb bazarda iki manata satırlar – VİDEO

Xaçmazın şaftalı bağlarında iyulun ilk günlərindən yığıma başlanılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun meyvə bağlarında “Zolotoy”, “Fədai” və “Nektarin” kimi sortların yığımı həyata keçirilir.
Son beş ildə məhsuldarlığın 4-5 qat aşağı düşdüyü deyilir. Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane etmir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50-80 qəpiyə satırlar. Bu qiymət isə istehsal və yığım xərclərini belə tam ödəmir.
Bağdan alınan məhsul şəhər piştaxtalarında 3-4 dəfə baha satılır. Yığılan məhsul paytaxt bazarına və Rusiya Federasiyasına göndərilir.
Qeyd edək ki, ümumilikdə Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağları var. Hər il bu bağlardan 20 min tonadək şaftalı toplanır.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …