Çərşənbə , Yanvar 27 2021
  • Haqqımızda
  • Redaktor
  • Əməkdaşlıq
  • Əlaqə

Azinforum.az İnformasiya PortalıAzinforum.az İnformasiya Portalı Onlayn Xəbər Portalı

  • Aktual
  • Araşdırma
  • Cəmiyyət
  • Dünya
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Media
  • Müsahibə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • Şou Biznes
  • Ekstra
    • Cəbhə Xəbərləri
    • Bölgələr
    • Köşə Yazarları
    • Tibb
Ana səhifə / Sosial / Şadlıq saraylarına qadağa (VİDEO)

Şadlıq saraylarına qadağa (VİDEO)

18 Dekabr 2018

Hər kəs toy gününü müxtəlif formada qeyd etməyə çalışır. Bəzi insanlar da var ki, toydan sonra şadlıq sarayında atəşfəşanlıq etməklə, həmin günü tarixin yaddaşına məhz belə həkk istəyir. Amma bundan narahat olanlar da var.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Bəzi şadlıq saraylarında toydan sonra atəşfəşanlıq edilir. Üstəlik, bu əksər vaxt gecə saat 12:00-dan sonra baş verdiyindən insanların istirahəti pozulur.
Sakin: “Çox pis şeydir. Camaatı narahat edir. Bunları cəzalandırmaq lazımdır. Uşaqlar yatır ona görə, narahat etmək olmaz axı. Özü də 12-dən sonra”.
Rəşad Əsgərov – Sosioloq: “Axşam saatlarında və yaxud da gecə 12-dən sonra restoranlarda fişəng atəşfəşanlığı müəyyən səsgücləndirici vasitələrdən istifadə edərək, partlayıcı maddələrin partlaması və s. bu insanların narahatlığına səbəb olur”.
Bu cür atəşfəşanlıq, səs-küy qanunla qadağan edilsə də, demək olar ki, hər gün təkrarlanır.
Samir Qasimov – Vəkil: “Cəmiyətdə birgə yaşayış qaydaları mövcuddur. Və bu qanunla tənzimlənir. Hamı o qaydalara əməl etməlidir. Həmin qaydalardan biri də normadan artıq səs-küyün olmaması qaydasıdır. Xüsusən gecə saatlarında, yəni gecə saatları gecə 12-dən tezdən saat 7-yə qədər hesab olunur. Həmin müddətdə səs-küyün edilməsi qadağan olunur”.
Şadlıq saraylarından isə bildirilir ki, toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlığı restoran ərazisindən kənarda edirlər.
Rüfət Əliyev – Şadlıq Sarayının İnzibatçısı: “Müştərilər istəyir ki, toydan sonra atəşfəşanlıq olsun. Ancaq toy qurtarandan sonra gec olur və sakinləri narahat edir. Yəni ona görə biz onu etmirik”.
Hüquqşünaslar bu halın inzibati xətalar məcəlləsinin 521-ci maddəsi ilə tənzimləndiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirirlər.
Samir Qasimov – Vəkil: “Gecə saatlarında saat 12-dən tezdən saat 7-yə qədər səs-küy salmağa görə, fiziki şəxslər 150 manatdan 200 manata qədər, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimə oluna bilər”.
Qanunla qadağan edildiyi halda, bu vəziyyət demək olar ki, hər gün təkrarlanırsa, deməli, müvafiq qurumlar nəzarəti gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir.

Paylaş
  • Facebook
  • Twitter
  • Google +
  • Stumbleupon
  • LinkedIn
  • Pinterest
Öncəki Mağazalarda müşahidə olunan yumurta qıtlığının səbəbi nədir? – Açıqlama
Növbəti MTN işində Əhəd Abıyev epizodu – körpünün pulu necə oğurlandı…

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Facebook

Son Xəbərlər

  • Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

    27 Yanvar 2021
  • “O villalardan biri rüşvətxor məmura məxsusdur” – İlham Əliyev

    27 Yanvar 2021
  • “Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” – Putin

    27 Yanvar 2021
  • “Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq“ – Hikmət Hacıyev

    27 Yanvar 2021
  • Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

    27 Yanvar 2021
  • “Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

    27 Yanvar 2021
  • “Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

    27 Yanvar 2021
  • İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi – SƏRƏNCAM

    27 Yanvar 2021
  • Goranboya görün, kim rəhbərlik edir… – İTTİHAM

    27 Yanvar 2021
  • Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

    27 Yanvar 2021
  • “Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

    27 Yanvar 2021
  • Məişət texnikası və mobil telefon alarkən diqqətli olun – VİDEO

    27 Yanvar 2021
  • “Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

    27 Yanvar 2021
  • Rusiya səfiri Paşinyanın rəqibi ilə danışıqlar apardı

    27 Yanvar 2021
  • Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi

    27 Yanvar 2021
  • Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

    27 Yanvar 2021
  • Mehdiyevdən sərt bəyanat: “Suyu bulandırmağa çalışanlar bunu nə qədər tez dərk etsələr…”

    27 Yanvar 2021
  • “Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyovu söyüm”

    27 Yanvar 2021
  • “Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

    26 Yanvar 2021
  • BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

    26 Yanvar 2021
  • AMEA-da struktur dəyişiklikləri olub

    26 Yanvar 2021
  • Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

    26 Yanvar 2021
  • Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

    26 Yanvar 2021
  • “Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

    26 Yanvar 2021
  • Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

    26 Yanvar 2021

Köşə Yazarları

  • Nədir 40 yaş?- Günel MÖVLUD

    17 Yanvar 2021
  • Onun başına qara torba keçirin…

    03 Yanvar 2021
  • Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

    13 Noyabr 2020
  • Araik əfsanəvi liderdir, Paşinyan əfsanəvi baş nazirdir…

    07 Noyabr 2020
  • Sizin “ədalətinizə” tüpürüm!

    27 Oktyabr 2020

Biz Facebookda

Bizi İzləyin

Xəbərlərin Arxivi

Əlaqə üçün: (012) 598-83-93 :: (051) 990 00 77
[email protected]
[email protected]

+994 77 388 10 10 WhatsApp
nömrəmizə Xəbər və Videolar göndərə bilərsiniz.

Təsisci və Baş redaktor : Məhəmmədəli QƏRİBLİ
Ünvan: "AMAY" Ticarət Mərkəzi 7-ci mərtəbə
© 2021 Azinforum.az , Bütün hüquqları qorunur. Xəbərlərdən istifadə zamanı istinad mütləqdir!