Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Sosial / Şadlıq sarayı 4000 manat cərimə edilib

Şadlıq sarayı 4000 manat cərimə edilib

Samux RPŞ, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin və 12 saylı ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət profilaktiki tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən Sərinim şadlıq sarayının icaze.gov.az saytından qeydiyyatdan keçməyərək toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Lent.az-ın məlumatına görə, obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin 211 maddəsi ilə protokol tərtib edilərək 4000 manat cərimə edilib. Bundan başqa polis əməkdaşları rayonun Kolayır və Qovlarsarı kəndlərində fərdi yaşayış evlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi toy mərasimi aşkar edib ki onlar barəsində də protokol tərtib edilib.

Həmçinin oxuyun

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu

Milli Məclisin daha bir  deputatı  – Novruzəli Aslanov qızına  karantin qaydalarına zidd toy məclisi keçirib.Belə …