Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Sabunçuda dünən gecə yanan bazarın yerində park olacaq

Sabunçuda dünən gecə yanan bazarın yerində park olacaq

Dünən axşam saatlarında yanan Sabunçu bazarının yerində park tikintisi nəzərdə tutulub, xeyli müddətdir bununla bağlı bazarın yaxınlığında xəbərdarlıq lövhəsi də vurulub.

Bu barədə virtualaz.org-a Sabunçu sakinləri məlumat veriblər. Bildirilib ki, Bakının sonuncu kasıb bazarında illərdir natəmizlik hökm sürür, bazar uçub-dağılıb, bir-birinin az qala içərisində yerləşən obyektlərdən çıxan zibil axşamlar birbaşa küçəyə atılır. Ərazi bomjların məskəninə çevrilib.

Artıq avtobus dayanacağının yaxınlığında və bazarın mərkəzi küçəyə açılan hissəsində yerləşən obyekt sahiblərinə köçürülmə ilə bağlı xəbərdarlıq da edilib: “Obyekt sahiblərinə kompensasiya veriləcək. Bazarın qəsdən yandırılması versiyası ağlabatan deyil, çünki naqillər pərakəndə çəkilib, bir balaca külək olan kimi qopur. Sakinlər dəfələrlə gecələr zibilliklərin yandırılmasının şahidi olublar”,-sakinlərdən biri danışıb.

Bazar bir neçə hissəyə ayrılıb. Bir tərəfdə meyvə-tərəvəz, toyuq-cücə satılır, bir tərəfdə isə “bit bazarı” yerləşir, həftənin şənbə-bazar günləri geyilmiş paltarlar, məişət avadanlıqları satışa çıxarılır. Ötən ilin aprelində bazarın köhnə əşyalar, geyinilmiş pal-paltar satılan ərazisində güclü yanğın baş vermişdi. Hadisə gecə saatlarında olduğundan yaxınlıqda yaşayanlar xəbər tutana və yanğınsöndürənlər özünü yetirənə qədər mallar külə dönmüşdü. Ötən gün isə bazarda yerləşən telefon aksesuarları satılan mağazada yanğın olub, yanğın aptek və digər mağazaya keçib. İlkin versiyada yanğının elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən baş verdiyi güman edilir.

Virtualaz.org

*   *   *10:16

Bakının Sabunçu rayonunda baş vermiş yanğın söndürülüb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*   *   *23:51

Sabunçu bazarında yanğın baş verib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …