Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Sosial / Sabunçu xəstəxanasındakı dializ aparatlarında problemlər var – VİDEO

Sabunçu xəstəxanasındakı dializ aparatlarında problemlər var – VİDEO

“Sabunçu xəsətəxanası” kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasında hemodializ alanlar dializ aparatının işindən narazıdırlar. Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər deyirlər ki, problem illərdir var.

Həmçinin xəstələr dərmanlarla da bağlı problem yaşadıqlarını qeyd ediblər.

Bütün bu şikayətlərlə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, iyul ayından etibarən problemlərin həll olunması ilə bağlı işlər görülür.


Dializ aparatından sonra xəstələrin titrəməsinə, özlərini yaxşı hiss etməməsinə gəlincə, rəhbərliyin bundan məlumatlı olduğu bildirilib.

Həmçinin yaxın zamanlarda 4 yeni dializ aparatının gətiriləcəyi qeyd edilib. Bildirilib ki, şikayətçilərin digər problemləri də aradan qaldırılacaq.

Daha ətraflı süjetdə:

Həmçinin oxuyun

“Vətən müharibəsi qazisi canına qəsd etməyə çalışıb”

Vətən müharibəsi qazisinin intihara cəhd etdiyi iddia olunur.Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən …