Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Sabunçu rayon ATS 450-də qaçqın ixtisara salındı: “Qol çəkməsən səni…” FOTO

Sabunçu rayon ATS 450-də qaçqın ixtisara salındı: “Qol çəkməsən səni…” FOTO

Məcburi köçkün Mənsurə Orduxan qızı işdən çıxarılması ilə redaksiyamıza məktub ünvanlayıb. Şikayətçi məktubda SABUNÇU RAYON ATS 450-nin sədri Fatma Məmmədovanın onu heç bir əsas olmadan işdən çıxardığını qeyd edir.

Musavat.com-un müxbiri məsələni araşdırmaq üçün Mənsurə Orduxan qızı ilə əlaqə saxlayıb.

Mənsurə Orduxan işdən ayrılmağının səbəbini belə izah etdi: “Bu ilin yanvar ayında Sabunçu ATS-450-nin kadrın sədri Məmmədova Fatma Tağı qızı məni otağa çağıraraq qarşıma hazır ərizə qoyub, qol çəkməsini əmr etdi. Nə edəcəyimi bilmədim.

O, işdən ayrılmağımın səbəbini ixtisarla əlaqəli olduğunu dedi. Sədrə bildirdim ki, axı mən qaçqınam və 2 ay bundan əvvəl siz mənim qaçqınlıq haqqında sənədimi alıb BTRB-yə göndərmisiniz. Ölkə başçısı fərmanlarının birində də deyib ki, torpaqlarımız geri qaytaralanadək heç bir qaçqın işdən çıxarıla bilməz. Nazirlər kabinetinin daha bir qanunu var, ixtisara ancaq stajı az olanlar salına bilər. Mən 24 ildir ki, rabitə sahəsində çalışıram. Yoldaşım da rabitəçi olub. Hətta bu gün mənin yaşadığım evi də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verib”.

Mənsurə Orduxanqızı bildirdi ki, ATS sədri onun bu sözlərini ikrahla qarşılayaraq, hədələyib: “Bu sözlərdən sonra ümid edirdim ki, mənə rəhmləri gələr. Ancaq çox təəssüf ki, sədr Fatma Məmmədov məni hədələyərək, qol çəkməmi istədi. Bildirdi ki, “öz xoşunla qol çəkməsən səni “statya” ilə çıxardacam”. Bu zaman qorxdum, ehtiyat etdim, qol çəkdim”.

Şikayətçi ATS-in şöbə müdiri Mirdamət Cabbarlının yanına getdiyini, ondan da kömək dilədiyini bildirdi: “Heç bir söz demədən qol çəkib, otaqdan çıxdım. Şöbə müdirimiz Mirdamət Cabbarlının yanına getdim və işdən çıxarılmağımın səbəbini öyrənmək istədim.

Mirdaməd müəllimə qaçqın olduğumu, ölkə başçısının fərmanını diqqətinə çatdırdım. Onlara bildirdim ki, 3 ildir məni işdən çıxarmaq üçün niyə əlləşirsiz? Axı, 58 yaşlı, 6 uşaq anasından nə istəyirsiz? O isə mənə “səni çıxartmaq mənim üçün problem idi ki?” dedi. Bu insanlar 58 yaşlı, 6 baş külfəti olan ağsaçlı ananı işsiz qoydular. Ailə aylıq maaşa baxırdıq, yeganə qazanc yerimiz idi. Bir ana kimi mənə qarşı göstərilən ədalətsizliyi ictimaiyyətə bildirəsiniz”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ixtisarlar zamanı bu kimi şəxslərin imtiyazlarının nəzərə alınmasının vacibliyini vurğuladı: “İxtisaslar zamanı bu kimi şəxslərin imtiyazları nəzər alınmalıdır. Hər halda ixtisar olan zaman üstünlük hüququ olanlar saxlanılmalıdır. Bu Əmək Məcəlləsində də göstərilib. Bəzən praktikada subyektivçiliyə yol verirlər. Bütün hallarda onu da qeyd edim ki, qapanan və yaxud ştatların ixtisarı ilə bağlı işçilərə İşsizlikdən Sığorta Fondu tərəfindən müavinətlər verilir. Onlar işlə bağlı məşğulluq idarələrində uçota durmalıdır, Məşğulluq Mərkəzləri onlara layiqli ixtisas və peşəsinə uyğun işlə təmin etməlidir, ya da müavinətlə təmin etməlidir. Sırf ixtisarla bağlıdırsa, iş stajı 15 ildən çoxdursa, 6 ay müddətində orta əmək haqqının 60 faizi miqadarında müavinət verilməlidir”.

Məsələ ilə bağlı SABUNÇU RAYON ATS 450-nin sədri ilə əlaqə saxlamağa çalışdıq. ATS-dən sorğumuza qısa zamanda cavab veriləcəyi bildirildi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Məğrur Mərd
Musavat.com

1517216093_1 (1).jpg (25 KB)

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …