Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sabir Rüstəmxanlı xanımına görə deputatlığa namizəd olmayacaq

Sabir Rüstəmxanlı xanımına görə deputatlığa namizəd olmayacaq

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək.

Bu barədə APA-ya S. Rüstəmxanlı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: “Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm”.

Modern.az saytının məlumatına görə, Sabir Rüstəımxanlının xanımı, “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürəcək.

42 saylə dairənin hazırki deputatı, tarixçi alim Musa Qasımlı isə seçkiyə Sabir Rüstəmxanlının dairəsindən – 72 saylı Yardımlı-Masallı seçki dairəsindən qatılacaq.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın