Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında öldü

Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında öldü

Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.

1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …