Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Sosial / Sabiq icra başçısının oğlu yeni vəzifədə! – Həmzə Kərimov vitse-prezident oldu (FOTO)

Sabiq icra başçısının oğlu yeni vəzifədə! – Həmzə Kərimov vitse-prezident oldu (FOTO)

Fevralın 20-də Rumıniya Olimpiya Komitəsində bu ölkənin Cüdo Federasiyasına seçkilər keçirilib. Seçkilərdə federasiyanın sədri və beş vitse-prezident seçilib, strukturu müəyyənləşdirilib.
Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə Rumıniya Cüdo Federasiyasının sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib.
 SOCAR-ın Rumıniya törəmə şirkəti “Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub(azərtac).
Qeyd edək ki, Rumıniya Cüdo Federasiyası bir müddət öncə Həmzə Kərimovun vitse-prezidentlik vəzifəsinə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs SOCAR-ın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Onu da qeyd edək ki, Həmzə Kərimov Salyanın sabiq icra başçısı Tahir Kərimovun oğludur.
Tahir Kərimov 2016-cı ilin mart ayında icra başçısı vəzifəsindən azad olunub. O, PA-nın şöbə müdiri Zeynal Nağdəliyev tərəfindən “Prezidentin etimadını doğrultmamaq”da ittiham edilib.
SOCAR təmsilçisi Ruminiyada vitse-prezident seçildi

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın