Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sabiq deputatlar 2 aydır maaş almır

Sabiq deputatlar 2 aydır maaş almır

Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.

Musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.

Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.

Məlumatı sabiq deputatların bir neçəsi sayta təsdiqləyib.

Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə ötən il noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın