Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / Sabiq deputat Nəriman Əliyevin ağac kəsdirməsi ilə bağlı materiallar prokurorluğa göndərildi

Sabiq deputat Nəriman Əliyevin ağac kəsdirməsi ilə bağlı materiallar prokurorluğa göndərildi

Sabiq deputat, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi müraciəti əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında bildirib ki, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ərazidə 21 şam ağacının kəsildiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”. Qafqazinfo 

Həmçinin oxuyun

Azərbaycanda koronavirusla bağlı qorxulu STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər …