Ana səhifə / Sosial / Sabahkı hava meteohəssas insanlar üçün əlverişsizdir

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsizdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 apreldə gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Aprelin 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti və arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Həmçinin oxuyun

Kürdəmirdə 10 hektar biçilmiş taxıl sahəsi yandı (VİDEO)

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.Rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi …